Інформація про пісню На цій сторінці ви можете ознайомитися з текстом пісні Nil, виконавця - Orxan Zeynallı.
Дата випуску: 10.04.2016
Мова пісні: Турецька
Nil |
Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә |
Sәmadan bir-iki damcı sevgi vә yağış yağır |
Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә |
Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq |
Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk |
Parıltılar içindә işıq saçan incә biri |
İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk |
Od vurub gözlәdilәr, amma biz alışmadıq |
Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir |
Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik |
Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını |
Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik |
Yatağın istidir yәqin, üstünü sevgiylә örtüb |
Qorudum yadlardan, әtrafında sevgilәr hördüm |
Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da |
Sәn mәni anlayırsan, mәn sәni anlamasam da |
Nil, ötür ömrün illәri |
Sәnin ürәyin yaşadır mәni |
O günahsız barmaqların |
Gecәlәr toxunur, oyadır mәni |
Nil, ötür ömrün illәri |
Sәnin ürәyin yaşadır mәni |
O günahsız barmaqların |
Gecәlәr toxunur, oyadır mәni |
Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini |
İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs |
Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini |
Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs |
Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq |
Biz dünya boyda olsaq da heç vaxt öyünmәdik |
Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq |
Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik |
Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni |
Tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq |
Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni |
Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın |
İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr |
Deyәsәn qanadını әzdin sәmalardan düşәndә |
Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan |
Mәn sәni anlamasam da, sәn mәni anlayırsan |
Nil, ötür ömrün illәri |
Sәnin ürәyin yaşadır mәni |
O günahsız barmaqların |
Gecәlәr toxunur, oyadır mәni |
Nil, ötür ömrün illәri |
Sәnin ürәyin yaşadır mәni |
O günahsız barmaqların |
Gecәlәr toxunur, oyadır mәni |